EN

ŞOK İDDİA… Tramp-Putin görüşü ilə bağlı gizli sənədlər oteldə unuduldu - görüş proqramında tez-tələsik dəyişikliklər edildi… +FOTO


Donald Tramp və Vladimir Putinin Alyaskadakı tarixi sammitinə dair məxfi sənədlər dördulduzlu bir oteldə qalıb və oteldə qonaqların əlinə keçib. Sənədlərdə liderlərin oturma planından tutmuş Putinə veriləcək xüsusi hədiyyəyə, Putinin şərəfinə planlaşdırılan nahara, hətta adının tələffüzünə qədər dövlət sirləri incəlikləri ilə ifşa olunur.

Dövlət Departamenti tərəfindən möhürlənmiş sənədlərdə sammitin keçirildiyi otaqlar, saatlar və amerikalı personalın telefon nömrələri qeyd olunub. Sənədlər Elmendorf-Richardson hərib bazasından cəmi 20 dəqiqəlik məsafədə yerləşən dördulduzlu “Hotel Captain Cook”un biznes mərkəzində tapılıb. Səhər saat 9 radələrində sənədləri aşkar edən üç otel qonağından biri onları mətbuata təqdim edib.

Sənədlərin 2-5-ci səhifələrində sammitdə iştirakı planlaşdırılan 13 ABŞ və Rusiya rəsmisinin adı, üç ABŞ rəsmisinin adları və telefon nömrələri qeyd edilib. Sənədlərə Rusiya nümayəndə heyətinin bütün adlarının fonetik tələffüzləri daxil edilib. Putinlə bağlı qeyd xüsusi ilə diqqət çəkir: “Cənab Prezident POO-tihn”.

Sənədlərin birinci səhifəsində Trampın Putinə təqdim etməyi planlaşdırdığı hədiyyə də qeyd edilib. Mətndə “POTUS-dan Prezident Putinə” ifadəsi ilə birlikdə hədiyyənin "Amerikan Keçəl Qartalının Stolüstü Heykəli" olduğu iddia edilir.

Səənədlərin ələ keçməsi Ağ Evdə şok effekti yaradıb, ancaq buna baxmayaraq, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli oteldə qalan sənədlərin təhlükəsizlik pozuntusu olmadığını iddia edib və onları “çox səhifəlik nahar menyusu” kimi təqdim edib. ABŞ Dövlət Departamenti isə qalmaqalla bağlı açılama verməkdən imtina edib.

Sənədlərin 6 və 7-ci səhifələri Putinin şərəfinə verilən naharla bağlıdır. Görüş zamanı şam yeməyi ləğv edilsə də, ilk plan üç yeməkdən ibarət olub. Menyu belə idi:

Giriş: Yaşıl salat

Əsas yeməklər: Filet mignon və halibut balığı

Şirniyyat: krem-brule

Şam yeməyi “Zati-aliləri Vladimir Putinin şərəfinə” bağlığı ilə qeyd elan edilib.

Sənədlərdə sammitin şam yeməyi üçün oturma planı da aydın şəkildə əksini tapıb. Tramp və Putin üz-üzə oturmalı imişlər. Trampın sağında Dövlət Katibi Marko Rubio, Müdafiə naziri Pete Heqset və Ağ Evin Baş Qərargah rəisi Syuzi Uayls, onun solunda Maliyyə naziri Skott Bessent, Ticarət naziri Hovard Lutnik və xüsusi mümayəndə Stiv Vitkoff oturmalı imiş. Putinin yanında isə dövlət katibi Sergey Lavrov və xarici siyasət üzrə köməkçisinin müavini Yuri Uşakov oturmalı imiş.

Qeyd edilir ki, sənədlərin sızdırılmasından sonra liderlərin görüş proqramda tələsik dəyişikliklər edilib.

TAHİR

Chosen
45
50
baki-xeber.com

10Sources