EN

Zelenski güzəştə getməyə hazırdır: Hazırkı cəbhə xətti boyunca...

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin həlli üçün güzəştə getməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbəyə istinadən məlumat yayıb.

Siyasətçinin Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmamaq üçün hazırkı cəbhə xətti boyunca münaqişənin sülh yolu ilə həllinə razılıq verməyə hazır olduğu vurğulanır.

FT mənbəsinin məlumatına görə, ABŞ prezidenti Donald Trampla görüşdə Ukrayna lideri Kiyevi Donbasdan qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atmağa məcbur etmədən, sülh yolu ilə həlli üçün məhsuldar proses axtaracaq.

Chosen
22
14
publika.az

10Sources