EN

"Təzyiqlərlə Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışa bilərlər" -ŞƏRH

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bu gün baş tutacaq.

Görüşdən hansı nəticələr əldə edilə bilər?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a danışarkən bildirdi ki, Alysaka görüşündən sonra Amerika Prezidenti Donald Tramp həm Ukrayna, həm də Avropa liderləri ilə görüşmək qərarı verib.

"Bu gün artıq Zelenski ilə belə bir görüşün keçirilməsi gözlənilir. Bu görüşdə böyük ehtimalla prezident Putinlə Ağ Ev sahibi Donald Tramp arasındakı müzakirələr, Rusiyanın tələb-şərtləri, sürətli sülh anlaşmasının detallarının müzakirə olunacağı gözlənilir. Görüşdə Ukraynanı gözləyən ən böyük təhlükələrdən biri ondan ibarətdir ki, Donald Trampın Zelenskini bəzi ərazilərindən imtina eləməsinə razılaşdırmağa çalışa bilər. Bu baxımdan, ehtimal olunur ki, prezident Zelenski Ağ Evdəki görüşdə Donald Tramp və onun yaxın ətrafı tərəfindən sərt təzyiqlərə məruz qala bilər. Bu, təzyiqlərlə Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışa bilərlər. Bu barədə artıq müəyyən ehtimallar mövcuddur".

Müsahibimiz qeyd etdi ki, Qərb siyasi dairələrində, xüsusilə də NATO üzvü olan Avropa Birliyi ölkələrində ciddi narahatlıqlar mövcuddur:

"Hətta onlardan bəziləri Zelenski ilə eyni vaxtda ABŞ-yə səfər edərək bu prosesə müdaxilə etməyə cəhd göstərirlər. Ehtimal olunur ki, prezident Zelenskinin bundan əvvəlki Ağ Evdəki Trampla görüşündə baş verənlər yenidən təkrarlana bilər. Həmin görüşdə olduğu kimi yenə də prezident Zelenskiyə sərt təzyiqlər göstərməklə Zelenskinin birmənalı şəkildə Rusiyanın şərtlərini qəbul etməyə məcbur buraxmaq cəhdi göstərilə bilər. Bu baxımdan hazırdaCZelenski üçün olduqca böyük bir sınaq gözlənilir. Bu sınaqdan necə çıxacağı da yəqin ki, çox tezliklə aydınlaşmağa başlayacaq. Xüsusilə də onu qeyd etmək lazımdır ki, Zelenski ABŞ-yə səfərindən öncə Ukrayna ərazilərinin güzəştə gedilməyəcəyini bildirmişdi və bu da Tramp-Zelenski görüşündə müəyyən ziddiyyətlərin qaçılmaz ola biləcəyinin ilkin əlamətləri sayıla bilər", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
82
47
redaktor.az

10Sources