Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Donald Tramp poçtla səsverməni dayandırmaqla ABŞ seçki sistemində islahatlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
Onun sözlərinə görə, bu təcrübə nəinki köhnəlib, həm də külli miqdarda saxtakarlığa yol açır.
"Mən poçtla göndərilən səsvermənin dayandırılması üçün hərəkata rəhbərlik edəcəyəm", - deyə Tramp "Truth Social" hesabında yazıb.
Trampın sözlərinə görə, poçt vasitəsilə səsvermə və səslərin hesablanması maşınlarının istifadəsi ilə bağlı saxtakarlığa dərhal son qoyulmalıdır ki, bu da özlüyündə dəhşətli fəlakətdir.
D.Tramp qeyd edib ki, kağız bülletenlərdən 10 dəfə baha başa gələn qeyri-dəqiq, çox bahalı, çox şübhəli səs sayma maşınlarından imtina edilməlidir.
ABŞ lideri hesab edir ki, kağız bülletenlər günün sonunda kimin qalib, kimin uduzduğuna heç bir şübhə yeri qoymur.
Onun fikrincə, solçu radikal ideologiya, kişilərin qadın idmanında iştirakı və açıq sərhəd siyasəti səbəbindən ABŞ Demokratlar Partiyasının nümayəndələri poçtla səsvermə saxtakarlığı olmadan seçkidə qalib gələ bilməzlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.