EN

Anatoli Banişevskinin ailəsi “Neftçi”ni ziyarət edib

"Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində qonağımız olublar.

Apasport.az xəbər verir ki, qonaqları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qəbul edib.

Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib.

Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klubumuz tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klubumuz tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.

Rəşad Sadıqov "biletini kəsdi": Azərbaycanı tərk etdi - ÖZƏL

Premyer Liqada 2 debüt

Rüfət Abdullazadə debüt etdi

Saşa İliç: “Bəzi oyunçular bunu dərk etmirlər”

Adil Şükürov: “Gözlədikləri “Kəpəz”i görəcəklər”

Chosen
8
40
apasport.az

10Sources