EN

Lənkəranda süni göldə boğulan gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun ​​​​kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov olduğu bildirilir.

Chosen
5
4
modern.az

8Sources