Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Pravda.az-ın FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tarix: 19 Avqust 2025, 17:18