Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub...
Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.
Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.
Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info