AZ

Süni göldə boğulan gəncin meyiti tapıldı

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Mərhumun ​​​​kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
modern.az

8Mənbələr