Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Mərhumun kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov olduğu bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.