EN

“Mişni” və “Alxaslı” KSES-lərdə istehsal edilən ümumi elektrik enerjisinin həcmi açıqlandı

BAKI, 25 avqust. TELEQRAF

Energetika Nazirliyi “Mişni” və “Alxaslı” kiçik su-elektrik stansiyalarında (KSES) istehsal edilən ümumi elektrik enerjisinin həcmini açıqlayıb.

Teleqraf xəbər verir ki, məlumata göröə, ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 mln. kilovat-saat elektrik enerjisi istehsal edilib. Ümumi gücü 6,0 MVt olan, hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 mln. kilovat-saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, 2023-cü il avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su-elektrik stansiyaları istismara verilib.

Kiçik su elektrik stansiyalarında yaşıl enerji istehsal edilir.

Chosen
12
6
teleqraf.com

10Sources