AZ

Kəlbəcərdəki “Soyuqbulaq” KSES-də istehsal olunan enerjinin həcmi açıqlandı

Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyası (KSES) istismara verildiyi tarixdən iyulun 1-dək 42 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
 
Bu barədə Moderator.az Energetika Nazirliyinə istinadən xəbər verir.
 
Bildirilib ki, “Soyuqbulaq” KSES 2023-cü il avqustun 25-də istismara verilib.
 
Qeyd edək ki, ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tiplidir.
 
Seçilən
15
6
moderator.az

10Mənbələr