Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyasında indiyədək 42 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə FED.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, stansiya 2023-cü il avqustun 25-də istismara verilib.
Qeyd olunur ki, basqılı derivasiya tipli “Soyuqbulaq” KSES-in ümumi gücü 5,3 MVt təşkil edir.