AZ

Laçındakı 2 KSES-də istehsalın həcmi məlum olub

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək 64 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

​​​​​​"Cebheinfo.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Mişni” və “Alxaslı” KSES-ləri 2023-cü il avqustun 25-də istismara verilib.

Ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Ümumi gücü 6 MVt olan, hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, kiçik su elektrik stansiyalarında “yaşıl enerji” istehsal edilir.

​​​​​​"Cebheinfo.az"

Seçilən
27
6
cebheinfo.az

10Mənbələr