EN

İlham Əliyev Çində Putinlə görüşəcək? - Kremldən AÇIQLAMA

Rusiya və Azərbaycan prezidentlərinin görüşünün Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutub-tutmayacağı daha sonra məlum olacaq. 

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb. 

Diplomatın verdiyi məlumata görə, hazırda Vladimir Putin və onun həmkarları arasında ikitərəfli danışıqların qrafiki yekunlaşdırılır: "Biz Putinin ikitərəfli görüşlərinin cədvəlini hazırlayırıq. O, sammit tədbirlərinin ümumi kontekstinə inteqrasiya edilməlidir. Hər şey yekunlaşdıqdan sonra məlumat verəcəyik".

Ağarza Elçinoğlu 

Chosen
106
17
unikal.az

10Sources