ain.az, Qol.az saytına istinadən bildirir.
Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.
QOL.az xəbər verir ki, “Qarabağ”ın “Ferensaroş”u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ölkəmiz daha 6 əmsal qazanıb. Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.
Beləliklə, yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.
Amma o da qeyd edilməlidir ki, Sloveniya və Ukrayna klubları avrokuboklarda (Avroliqa və Konfrans Liqası) mübarizəni davam etdirir. Onların Liqa mərhələsinə yüksələcəyi halda Azərbaycan reytinqdə yenidən geri düşəcək (ən pis halda 28-ci pilləyə).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.