Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.
İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, “Qarabağ”ın “Ferentsaroş”u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb.
Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.
Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.