AZ

"Qarabağ" Azərbaycanın UEFA reytinqini artırdı

Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Qarabağ"ın "Ferentsaroş"u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb. 

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Seçilən
22
13
ucnoqta.az

10Mənbələr