AZ

"Qarabağ" sayəsində UEFA reytinqində irəlilədik

Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki,  "Qarabağ"ın "Ferentsaroş"u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb. 

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

 
Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Poliqon.info

Seçilən
18
13
poliqon.info

10Mənbələr