EN

UEFA reytinqində 26-cı olduq - “Qarabağ”ın sayəsində

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini yaxşılaşdırıb.

Arena.az xəbər verir ki, Ağdam klubunun bu uğuru sayəsində ölkəmiz daha 6 əmsal qazanıb.

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Beləliklə, yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Sloveniya və Ukrayna klubları avrokuboklarda (Avropa Liqası və Konfrans Liqası) mübarizəni davam etdirirlər. Onlar Liqa mərhələsinə yüksələcəyi halda Azərbaycan reytinqdə yenidən 28-ci pilləyə enə bilər.

Xatırladaq ki, hazırda UEFA reytinqində İngiltərə başçılıq edir – 94,950. İtaliya (84,517) ikinci, İspaniya (78,828) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa (67,819) beşincidir.

Chosen
15
13
arena.az

10Sources