Lənkəranda "Toyota" markalı avtomobil velosipedçini vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara magistralında, Göyşaban kəndi ərazisində baş verib.
Lənkəran şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" ilə hərəkət edərkən, Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu.