AZ

Lənkəranda velosipedçini maşın vuraraq öldürdü

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistralının Lənkəran şəhərinin Göyşaban kəndindən keçən hissəsində baş verib

Məlumata görə, Lənkəran rayonunun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi – Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.

Velosipedçi hadisə yerində dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
21
news24.az

10Mənbələr