Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistralının Lənkəran şəhərinin Göyşaban kəndindən keçən hissəsində baş verib
Məlumata görə, Lənkəran rayonunun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi – Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.
Velosipedçi hadisə yerində dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.