AZ

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürdü

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

"Report"un cənub bürosunun məlumatına görə hadisə köhnə Ələt-Astara magistralınn rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib.  

Rayonun Liman şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi, rayonun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. pizza sifarişi

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
16
21
yenisabah.az

10Mənbələr