EN

Xızıda kanalda batanların kimliyi məlum oldu - YENİLƏNİB

Xızıda iki qardaş kanalda boğulub ölüb.
 
Moderator.az-ın məlumatına görə, hadisə Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında baş verib.
 
Tovuz rayonunun Çilovdarlı kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev ehtiyatsızlıqdan kanala düşərək boğulublar.
 
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
09:00
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə ilkin məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
 
Əlavə məlumat veriləcək.
Chosen
66
3
moderator.az

10Sources