EN

Millimiz İslandiyaya yollandı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb. Msport.az xəbər verir ki, millimiz səhər saat  11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanınından səfərə yollanıb. Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya –  Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Chosen
40
5
msport.az

10Sources