DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb. Msport.az xəbər verir ki, millimiz səhər saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanınından səfərə yollanıb. Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.