Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə bəlumt yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1000 manat məbləğində cərimə edilmişdir.
.