EN

Zelenski də Putini danışıqlar üçün Kiyevə dəvət etdi... “Mən bu terrorçunun paytaxtına getməyəcəm...“

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna prezidenti Vladimir Zelenski işğalçı diktator Putinin Moskvada danışıqlar aparmaq ideyasını rədd edib.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, bu barədə "ABC News"-a müsahibəsində bildirib.

"O, Kiyevə gələ bilər. Ölkəm raketlər altında, hər gün hücuma məruz qalanda mən Moskvaya gedə bilmərəm. Mən bu terrorçunun paytaxtına getməyəcəyəm", - deyə Ukrayna lideri vurğulayıb.

Zelenski onu da vurğulayıb ki, Kremlin təklifi real görüşü təxirə salmaq cəhdi kimi görünür.

Onun sözlərinə görə, Ukraynanın gündəlik raket hücumlarına məruz qaldığı bir vaxtda hətta Rusiya paytaxtına səfər ideyasının özü də tamamilə qəbuledilməzdir.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
28
moderator.az

10Sources