Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı-Xanlıqlar yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı maşın digər avtomobillə toqquşub.
Qəza zamanı 1993-cü il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü S.Sabirzadə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.