EN

Aİ Çinə qarşı mümkün sanksiyaları müzakirə edir

Avropa İttifaqı (Aİ) Rusiyadan neft və qaz idxalına görə Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Avropa rəsmiləri və diplomatları bazar günü yeni məhdudiyyətlər paketinə nələrin daxil ola biləcəyi ilə bağlı danışıqlara başlayıblar, o cümlədən Rusiya neftinin və qazının əsas idxalçısı olan Çinə qarşı təkrar sanksiyaların tətbiqi müzakirə olunur.

Aİ Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqində ABŞ-dən tam dəstək və koordinasiya tələb edəcək.

İlahə QənbərliMissiya.Az

Chosen
62
33
missiya.az

10Sources