EN

Pakistan Ermənistanı dövlət kimi BMT-də tanıyacaq

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bu, Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün “yaşıl işıq” yandıracaq.

Axar.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır", - deyə bildirilib.

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

"Hər halda, bu, gözlənilən perspektivdir", - həmsöhbət əlavə edib.

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.

Chosen
60
7
axar.az

10Sources