EN

Novxanı bağlarında ANTİSANİTARİYA: Kanalizasiya suları Samur Abşeron kanalına axıdılır VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Yay mövsümü sona yaxınlaşır. Əksər insanlar Xəzər sahillərindəki bağlarında son günlərini keçirirlər. Bir çox bağ sahiblərindən geriyə qalan isə heç də xoş olmayan mənzərədir.Söhbət kanalizasiya sularının axıdılması və məişət tullantılarının hara gəldi atılmasından gedir.Bizim.Media Novxanı bağlarındakı antisanitar vəziyyəti lentə alıb.Müşahidələrimiz göstərdi ki, bəzi evlərdən kanalizasiya suları birbaşa Samur-Abşeron kanalına axıdırlar.Digər böyük problem isə məişət tullantılarının da həmin kanala atılmasıdır. Bu vəziyyət isə ərazidə antisanitar vəziyyətin yaranmasına və üfunət qoxusunun yayılmasına səbəb olub.Niyə tədbir görülmür?Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhzicatı Xidmətinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər:“Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir”.Həmin şəxsləri hansı cəza gözləyir?Məlumatda bildirilib ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.“Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
3
bizim.media

10Sources