EN

Hakimliyə namizədlər üçün test imtahanının vaxtı məlum oldu

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini komitəyə təqdim edib.

Bu barədə Moderator.az-a Hakimlərin Seçki Komitəsindən bildirilib.

Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir.

"Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilib. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62" - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
9
moderator.az

10Sources