AZ

Hakim olmaq istəyən şəxslərin nəzərinə


Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Gender.Az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.
Bildirilib ki, həmin namizədlərlə test imtahanı cari ilin sentyabr ayının 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir.
Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilmişdir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Seçilən
6
7
gender.az

10Mənbələr