AZ

Hakimliyə namizədlər üçün sentyabrın 21-də test imtahanı keçiriləcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.

Bu barədə AZƏRTAC-a Məhkəmə Hüquq Şurasından məlumat veriliub

Hakimlərin Seçki Komitəsi bildirib ki, həmin namizədlərlə test imtahanı sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət sentyabrın 20-si saat 10-dək müəyyən edilib..

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Seçilən
6
9
azertag.az

10Mənbələr