Sea Breeze

Hakimliyə namizədlərlə test imtahanı cari ilin sentyabr ayının 21-də keçiriləcək.

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.

Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin sentyabr ayının 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir.

Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilmişdir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX