EN

Müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli olacaq – Məbləğ

MİQ imtahanında iştirak etmək üçün ilkin olaraq, ödəniş təqribən 45-60 manat arasında nəzərdə tutulur.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, hər il qeydiyyatdan keçən təxminən 10-12 min şəxs həmin imtahanda iştirak etməkdən imtina edir: “Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Hər il qeydiyyatdan keçən təxminən 10-12 min şəxs həmin imtahanda iştirak etməkdən imtina edir. Bu da təbii ki o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşısının alınması çətin olur. Bu dəyişiklik ona xidmət edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlçatan bir rəqəm müəyyən ediləcək, ilkin olaraq – təxminən 45-60 manat arasında – müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”.

X X X

Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilir.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Bildirilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək./globalinfo.az

Chosen
13
12
turkustan.az

10Sources