EN

Sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqqına proporsional artımın tətbiqi təklif olunur

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

31 bal yığmış müəllimlə 50 bal yığan müəllim əməkhaqqına eyni – 10% artım əldə edir. Düzgün proporsional artım nəzərdə tutulmayıb.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Şöbə müdiri qeyd edib ki, sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqqına artımlar nəzərdə tutulub: “Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi Nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun. Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlər 10%, 41-50 aralığında bal toplayanlara isə 20-25% əməkhaqqına artım olsun. Bununla bağlı bizə çoxlu müraciətlər, şikayətlər daxil olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
8
moderator.az

10Sources