EN

“Kəpəz” üçün müstəqillik illərində mininci rəsmi oyun!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandası müstəqillik illərində mininci rəsmi oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 4-cü turu Gəncə təmsilçisi üçün əlamətdar olub. Qərb klubu yubiley matçında “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

“Sarı-göylər” 1992-ci ildən indiyə qədər Premyer Liqada (əvvəl güclülər dəstəsi) 686, Birinci Liqada (əvvəl birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik Kubokunda 13 qarşılaşmaya çıxıb.

Komanda bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.

Yalnız 2006-2009-cu illərdə üç mövsüm fəaliyyətini dayandıran Gəncə klubu müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.

Qeyd edək ki, “Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.

error: Məzmun qorunur!
Chosen
45
2
arena.az

10Sources