EN

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 1,2 milyon dollar artırıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycaniqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi2,851 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 1,242 milyon ABŞ dolları və ya 77,2% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Beynəlxalq Maliyyə Korporasiyasından yatırılaninvestisiyaların payı 0,1% təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Beynəlxalq MaliyyəKorporasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi1,609 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Chosen
38
3
az.trend.az

6Sources