EN

Azərbaycan bu il $21 milyonluq siqaret satıb

2024-cü ilin ilk yeddi ayında Azərbaycan 1.28 milyard ədəd siqaret ixrac edilmişdisə, 2025-ci ildə bu rəqəm 1.37 milyard ədədə çatıb.

Banker.az xəbər verir ki, dəyər baxımından artım 7 faiz olub – 19.8 milyon dollardan 20.9 milyon dollara yüksəlib.

Orta ixrac qiyməti sabit qalıb və hər min siqaret üzrə təxminən 15.2 dollar təşkil edib. Keçən il 15.5 dollar idi.

Azərbaycanın siqaret ixracında əsas bazar dəyişməyib – ən iri alıcı Gürcüstan olub. 2025-ci ildə bu ölkəyə 1.03 milyard ədəd siqaret göndərilib ki, bu da ümumi ixracın təxminən dörddə üçü deməkdir. Digər önəmli bazarlar sırasında Rusiya da yer alıb və bu istiqamət üzrə 215 milyon ədəd siqaret satılıb. 2024-cü ildə bazarda olmayan Özbəkistan və Tacikistan isə 2025-ci ildə yeni alıcılar kimi ortaya çıxıb.

2025-ci ilin ilk yeddi ayında Azərbaycanın siqaret idxalı və ixracı ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Rəqəmlərə görə, idxal 2024-cü ildə 32.98 milyon ədəd siqaret təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 134.96 milyona yüksəlib. Artım 309 faiz civarındadır.

İdxalın dəyəri də 507 min dollardan 2.45 milyon dollara qalxaraq təxminən beş dəfə artıb. Bu, orta idxal qiymətinin də dəyişməsinə səbəb olub: 2024-cü ildə hər min siqaretin orta qiyməti 15.4 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 18.2 dollara yüksəlib. Ən böyük idxal mənbəyi Türkiyə olub. 2024-cü ildə əsas tədarükçü rolunda çıxış edən Türkiyədən gətirilən məhsulun həcmi 16.7 milyondan 123 milyona qədər artıb.

 

Chosen
64
50
banker.az

10Sources