Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.
News24.az xəbər verir ki, qəza nəticəsində 6 nəfər - avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.
Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış. (Report)
***
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, "Toyota Pajero" markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.
Qəzaya düşən şəxslər toy mərasimindən qayıdaraq Hülövlü kəndinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır. (APA)