EN

Xaçmazda avtomobil aşıb, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, "Toyota Pajero" markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslər toy mərasimindən qayıdaraq Hülövlü kəndinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
10
news365.az

10Sources