EN

Xaçmazda avtomobil aşdı, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, "Toyota Pajero" markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir. Qəzaya düşən şəxslər toy mərasimindən qayıdaraq Hülövlü kəndinə gedirmiş. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
22
10
yenisabah.az

10Sources