EN

Saşa İliç: “Sabah” bizdən qat-qat güclü idi”

Misli Premyer Liqasının VI turunun "Sabah" - "Sumqayıt" matçından (1:1) sonra qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini açıqlayıb.

"Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, "Sabah" güclü rəqibdir, nəinki "Neftçi".

- Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının konsentrasiyasını da pozurdu...

- Oyun epizodlarıdır, olan şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.

- Hakim haqda fikriniz necədir?

- O barədə danışmaq istəmirəm.

- "Sumqayıt" son matçda "Neftçi"yə uduzmuşdu və komanda enişdə idi. "Sabah"la matçdakı bərabərlik dönüş nöqtəsi ola bilər?

- "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah"la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük.

“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı

III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb - FOTO

Hakimlərimiz UEFA-nın proqramında iştirak ediblər - FOTO

Ovusudan 17 ilin antirekordu

Chosen
27
7
apasport.az

9Sources