Qırğızıstan Prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin noyabrın 30-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə sentyabrın 30-da prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatı “İzvestiya.ru” verib.
“Qırğızıstan Respublikasının Joqorku Keneşinin deputatları üçün növbədənkənar seçkilər 2025-ci il noyabrın 30-u bazar gününə təyin edilsin”, - imzalanan sənəddə deyilir.
Belə ki, yerli dövlət və özünüidarəetmə orqanlarına seçkilərin hazırlanması və keçirilməsi zamanı təşkilati-texniki məsələlərin həllində müvafiq səlahiyyətli orqanlara və seçki komissiyalarına köməklik göstərmək tapşırılıb.
P.Əmircanov
XQ