AZ

Sadır Japarovdan qərar - seçkilər bu tarixdə keçiriləcək


Qırğızıstan Prezidenti Sadır Japarov 2025-ci il noyabrın 30-da növbədənkənar parlament seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Seçki və Referendum üzrə Mərkəzi Komissiyası seçki prosesini qanunvericiliyə uyğun təşkil etməli, səsvermənin məsafədən keçirilməsi təmin olunmalıdır.

Nazirlər Kabinetinə lazımi maliyyə vəsaitinin ayrılması, seçkilərin qanuniliyini və təhlükəsizliyinin təmin edilməsi, seçici siyahılarının dəqiq tərtib edilməsi üçün Əhalinin Vahid Dövlət Reyestrində məlumatların yenilənməsi tapşırılıb. Bundan əlavə, hökumət seçicilərin onlayn identifikasiyası sistemini təkmilləşdirməli, istifadə olunan informasiya sistemlərinin kibertəhlükəsizliyi təmin olunmalı və səsvermə avadanlığının təhlükəsiz saxlanmasını təmin etməlidir. Baş Prokurorluğa seçkiqabağı təşviqat dövründə Konstitusiyaya və qanunlara əməl olunmasına nəzarət etmək, yerli hakimiyyət orqanlarına seçki komissiyalarına təşkilati-texniki məsələlərin həllində köməklik göstərmək tapşırılıb.

Mətləb Salahov

Seçilən
13
15
baki-xeber.com

10Mənbələr