AZ

Qırğızıstanda növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə növbədənkənar parlament seçkilərinin tarixini təsdiqləyib.

Doğru.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Joqorku Keneş (parlament) deputatlarının seçkiləri 2025-ci il noyabrın 30-da, bazar günü keçiriləcək.

Qırğızıstan parlamentinin spikeri Nurlanbek uulu Turqunbek daha əvvəl seçkilərin bu tarixdə baş tutacağını açıqlamışdı.

Xatırladaq ki, sentyabrın 25-də Qırğızıstan parlamenti özünün buraxılması barədə qərar qəbul etmişdi.

DOĞRU.AZ

Seçilən
17
15
dogru.az

10Mənbələr