Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əməkdar artist Cabir İmanov dəfn edilib.
Lent.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilib.
***
saat 13:58
Dünən vəfat edən Əməkdar artist Cabir İmanovun cənazəsi Şəhriyar adına Mədəniyyət mərkəzinə gətirilib.
Lent.az xəbər verir ki, mərhumla vida mərasimində ölkənin tanınmış incəsənət adamları iştirak edirlər.
***
13:37
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovla vida mərasiminə əklil göndərib.
***
saat 13:13
Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Lent.az xəbər verir ki, mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.
Vida mərasimində Azərbaycanın tanınmış sənət və mədəniyyət xadimləri – xalq artisti Hacı İsmayılov, əməkdar artist İlham Qasımov, müğənni Nigar Camal, aparıcı Murad Dadaşov, şair Baba Vəziroğlu və digər tanınmış simalar iştirak edirlər.
Qeyd edək ki, əməkdar artist Cabir İmanov dünən idman zalında ürək tutmasından vəfat edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.